10 May 2023 11:45
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 8-də Kitabçılıq və Naşirliyin İnkişafına Dəstək İB və “Çapar Yayınları”nın birgə təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan Cümhuriyyəti xadimlərindən Adil xan Ziyadxanın “Qələmin uçuşu; Səyahətnamə; Azərbaycan” kitabının müzakirəsi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, Azərbaycan Cümhuriyyətinin 105 illiyinə həsr olunan tədbiri giriş sözü ilə açan birliyin sədri Nigar Sultanlı kitabın əhəmiyyətindən danışıb.

Ardınca kitabın tərtibçiləri - filologiya elmləri doktoru, professor Asif Rüstəmli və AMEA Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırov çıxış edərək Adil xanın Azərbaycandakı və İrandakı fəaliyyətindən, çar dövründə Avropaya etdiyi səyahətdən, Cümhuriyyət zamanı yazdığı kitabdan və xatirələrindən bəhs ediblər.

Ölkəmizin İrandakı sabiq səfiri Abbasəli Həsənov 1920-ci ildə Tehrandakı təmsilçimiz Adil xanın fəaliyyətinin tədqiq edilməsindən, arxiv materiallarının toplanmasının zəruriliyindən danışıb. Yazıçı, publisist, tarixi romanlar müəllifi Kənan Hacı Adil xan Ziyadxan obrazının ədəbiyyatda yaradılmasının vacibliyindən söz açıb.

“Çapar Yayınları”nın təsisçisi Yusif İlhamoğlu Cümhuriyyətin 105 illiyi ilə bağlı hazırladıqları planlar, eləcə də bu kimi tədbirlərin davamlı keçiriləcəyi barədə məlumat verib.

Tədbirdə professor Mübariz Süleymanlı, eləcə də universitetin müəllimləri Xaləddin Sofuyev və Mübariz Sultanlı Azərbaycanın tarixi şəxsiyyətlərinin tanıdılması haqqında çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər