“Sumqayıtda 7 yaşlı uşağın idman zalında ölməsi ilə bağlı məsələ Ailə, Qadın və Uşaq məsələləri üzrə Dövlət Komitəsinin nəzarətindədir”.
Teleqraf.com xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyibş
"Bu, qəbuledilməz və ağlasığmaz hərəkətdir. Aidiyyəti qurumlar müvafiq işləri aparırlar. Hadisədəki bəzi məqamlarla bağlı fikir söyləyə bilmərik. Heç söylənilməsi də məqsədəuyğun deyil. Düşünürəm ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə müvafiq monitorinqlərin aparılması işini təşkil etməliyik. Hazırda da bu işlə məşğuluq", - B.Muradova söyləyib.
Qeyd edək ki, məşq zamanı azyaşlının ölməsi faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məşqçi Mehman Xəlilov iş üzrə şübhəli şəxs qismində həbs olunub.