11 May 2023 10:56
370
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Məktəblərdə şagirdlərə təqdim olunan bütün tapşırıqlar dərsliklərdən olmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov deyib.

Onun sözlərinə görə, dərslikdə mövcud olan tapşırıqların elmi, metodiki və pedaqoji açıqlaması var: “Tapşırıqlar dərslikdə yoxdursa, deməli bu, tədris olunmamalıdır. Ümumilikdə, bütün məktəblərdə tədris dərsliklər üzərindən gedir. Dərsliklər də dövlət təhsil standartlarına uyğun hazırlanır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər