Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Maddi-Texniki Təchizat İdarəsinin ərazisində təşkil olunan ağacəkmə aksiyasında idarənin əməkdaşları iştirak edib.
Aksiyanın keçirilməsində əsas məqsəd Azərbaycanda təbii mühitin, o cümlədən meşə ehtiyatlarının qorunmasını hər zaman diqqətdə saxlamış ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək və ekoloji mədəniyyətin formalaşması prosesinə töhfə vermək, ümumilikdə ətraf mühitin qorunması hissini aşılamaqdan ibarət olub.
Aksiyada müxtəlif növdə 100-dən çox ağac əkilib.