15 May 2023 11:46
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda güclü küləkdən, intensiv dolu yağışlarından və sel-sullarının yaratdığı təbii fəlakətdən sonra mayın 14-dən axşam saatlarından başlayaraq rayonunun Qabaqtəpə, Astaf, Əmirvar, Gurbulaq və Xoşbulaq kəndlərinə qar yağıb.

Teleqraf.com-un xəbərinə görə, bəzi kəndlərdə vətəndaşların təsərrüfatlarına və fərdi yaşayış evlərinə ziyan dəyib.

Hazırda rayon ərazisində qarın yağması ilə müşayiət olunan qeyri-sabit hava şəraiti davam edir. Qarın hündürlüyü kəndlərdə 5-10 santimetr, yüksək dağ ərazilərində 15-30 santimetrə çatıb.

Hava şəraiti elektrikin, suyun, qazın verilişində və rayon mərkəzi ilə kəndlər arasında yollarda hərəkətə müəyyən problemlər yaratsa da, Daşkəsən Rayon İcra Hakimiyyəti yerli yol istismar idarəsi ilə birgə qabaqlayıcı tədbirlər görür.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər