Hesablama Palatası 2015-ci ilin İş Planı üzrə nəzərdə tutulmuş nəzarət tədbirləri ilə bağlı audit proqramlarını təsdiq edib.
Bu barədə Teleqraf.com-a qurumun mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, təsdiq olunmuş audit proqramlarına dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından Bakı Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin istifadəsi, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Gənclər və İdman Nazirliyinin aparatının saxlanmasına, “Azərbaycan Gəncliyi 2011-2015-illərdə” Dövlət Proqramı üzrə nəzərdə tutulmuş tədbirlərə ayrılan vəsaitlərin istifadəsi daxildir. Bundan əlavə, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə, “Təhsil” bölməsi üzrə Azərbaycan Tibb Universitetinə ayrılmış vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin icrasına dair audit proqramları təsdiq edilib.
Naibə QURBANOVA