21 İyun 2023 11:40
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək”.

Teleqraf.com xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev İnsan Resursları Zirvəsində “Yerin dərinliyindən beyin dərinliyinə köç” mövzusundakı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərin biliklərinin keyfiyyətinin artırılması istiqamətində mərhələli şəkildə addımlar atılır: “Əvvəl məktəblərdə müəllimlərin nə qədər bildikləri barədə məlumata sahib deyildik. Diaqnostik qiymətləndirilmə və bu gün üçün keçirilən sertifikasiya imtahanları ilə müəyyən məlumatlara sahib ola bilirik”.

Nazir bildirib ki, müəllimlərin bilik keyfiyyəti artdıqca əmək bazarına gedən insanlarda da bu keyfiyyət yüksələcək: “120 min istedadlı adamı tapıb müəllim peşəsinə cəlb etmək asan deyil. Yaxşı kadr tapmalıyıq ki, növbəti gələcək nəsli yaxşı yetişdirə bilsin. Uşaqlara nə öyrədirik də məsələsi vacibdir. Məktəbin məzmunu adətən yaşlı insanlar tərəfindən təyin olunur. Bunun pis amil olduğunu demirik. Yaşlı nəsil öz bildiklərini gələcək nəslə ötürür. Lakin nəzərə almaq lazımdır ki, dünya sürətlə inkişaf edir. Ola bilsin ki, bizim vaxtı ilə öyrəndiyimiz yeni nəsil üçün lazım olmaya bilər. Təhsil sisteminə təsir edən amillərdən biri də cəmiyyətdə qadının rolu ilə bağlıdır. Anaları ali təhsili olan və ya əksi uşaqlar arasında əsaslı fərq var. Bu bütün dünyada belədir”.


Müəllif: Pərviz Qaralov

Oxşar xəbərlər