Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də bölmələrin qarşılıqlı əlaqədə fəaliyyətinin təmin edilməsi və döyüş qabiliyyətinin artırılması məqsədilə ölkəmizdə keçirilən "Alpan-2023" birgə təlimi davam edir.
Bu barədə Teleqraf.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Təlimin növbəti günündə hərbi pilotlar qalxma və enmə, müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yüksək peşəkarlıqla icra ediblər.