25 İyun 2023 13:58
428
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağsuda yanğın törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyi (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, iyunun 21-də Ağsu şəhəri, M.Ə.Rəsulzadə küçəsində açıq sahədə yanğın hadisəsi qeydə alınıb.

Yanğının genişlənərək ətrafa yayılma, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə və qaz xəttinə keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, Xidmət tərəfindən həyata keçirilmiş zəruri tədbirlər nəticəsində hadisənin 2012-ci il təvəllüdlü K.Mehdiyev tərəfindən ehtiyatsızlıqdan törədildiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər