9 Yanvar 2015 14:29
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) rəhbərliyi və məsul şəxsləri tərəfindən ötən il fərdi qaydada qəbul edilən vətəndaşların sayı 14160 nəfər təşkil edib.

ƏƏSMN-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, onlardan 13415 nəfəri nazirliyin qəbul otağına müraciət edənlər olub.

Vətəndaşlardan 946 nəfəri əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli"nə uyğun olaraq keçirilən qəbullar zamanı (745 nəfər) və ƏƏSMN-də (201 nəfər) qəbul edilib.

Qalan 13214 nəfərdən 231 nəfəri ƏƏSMN-də nazir müavinləri və aparat rəhbəri, 12983 nəfəri nazirliyin digər məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib.

Müraciətlərdə əksini tapan məsələlər obyektiv şəkildə araşdırılıb və qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb. Həmçinin ayrı-ayrı vətəndaşlar müraciətlərinə əsasən bir sıra sosial təminat növləri, reabilitasiya avadanlıqları ilə təmin olunublar. Sorğu xarakterli müraciətlərlə əlaqədar vətəndaşlarla hüquqi izahat işi də aparılıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər