8 Avqust 2023 13:11
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Teleqraf.com-un xəbərinə görə, nazirliyin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisində isti hava şəraiti müşahidə olunur:

"Əksər rayonlarda hava yağmursuz olsa da, lakin bəzi dağlıq ərazilərdə - Dağlıq Şirvan, Qarabağ və Şərqi Zəngəzur bölgəsinin bəzi yerlərində qısa müddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur. Cənubdan hərəkət edən isti hava kütlənin ölkə ərazisində təsiri nəticəsində havanın maksimal temperaturu həftəsonunadək Bakı və Abşeron yarımadasında 37-40, bölgələrdə 36-41, Naxçıvan Muxtar Respublikasının və Mərkəzi Aran rayonlarının bəzi yerlərində 42-44 dərəcəyədək yüksələcəyi gözlənilir".

O söyləyib ki, durğun və rütubətli hava şəraiti günün bəzi saatlarında bürkü yarada bilər: "Bu, əhali üçün əlverişsizdir. İsti hava şəraitində əhalinin bol maye qəbul etməsi məsləhət görülür. Uzun müddət açıq havada günəş şüaları altında qalmaq tövsiyə olunmur".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər