7 Sentyabr 2023 12:54
2 576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa səfirliyi bu həftə Prezident Emmanuel Makronun Azərbaycana səfəri ilə bağlı xəbərləri şayiə adlandırıb.

Bu barədə Teleqraf.com-a Fransanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Daha əvvəl, "Alpha News" öz mənbələrinə istinadən xəbər yayıb ki, E.Makron həftə sonu Ermənistan və Azərbaycana səfər edə bilər və guya səfər sentyabrın 9-10-na planlaşdırılıbmış.

“İrəvandan sonra Fransa dövlət başçısının Bakıya səfər edəcəyi barədə də məlumat var”, - "Alpha News" iddia etmişdi.

Banqladeş Xarici İşlər Nazirliyinin məlumatına görə, E.Makronun sentyabrın 10-da bu ölkəyə səfəri planlaşdırılır. Fransa Prezidenti Banqladeşə səfərindən əvvəl G20 sammitində iştirak etmək üçün Hindistana yollanacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər