Sabiq baş nazir Surət Hüseynova məzar daşı qoyulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı məlumat yayıb və foto paylaşıb.
S.Hüseynovun məzardaşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılıb.
Başdaşına epiqraf kimi bu sözlər qeyd edilib: “Vətənimi, dövlətimi, millətimi, xalqımı çox sevdiyim üçün sevənlərim də, məni qısqanan düşmənlərim də çox oldu!”
Qeyd edək ki, Surət Hüseynov bu il avqustun 1-də İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edib. O, Gəncə şəhərindəki 4 saylı qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
S.Hüseynov 1994-cü ildə Milli Qəhrəman adından məhrum edilib.