16 Sentyabr 2023 18:24
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyard 170 milyon 5 min ABŞ dolları dəyərində 65 min 357 ton yük daşınıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, bunlar, ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 8,4% və 5,4% çoxdur.
Hesabat dövründə hava nəqliyyatı ilə 200 milyon 505 min ABŞ dolları dəyərində 57 min 767 ton yük ixrac olunub. Son 1 ildə ixracın dəyəri 0,4% azalıb, həcmi 4,1% artıb.

8 ay ərzində Azərbaycana hava nəqliyyatı ilə idxal olunan yüklərin isə dəyəri 969 milyon 499 min ABŞ dolları, həcmi 7 589 ton olub. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 10,4% və 16,8% çoxdur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər