21 Sentyabr 2023 10:36
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) Azərbaycan Silahlı Qüvvələrinin cəmi 23 saat 45 dəqiqə davam edən və Azərbaycanın Qarabağ iqtisadi rayonundakı Ermənsitan hərbi birləşmələrinin təslim olmaları ilə nəticələnən lokal antiterror əməliyyatı ilə bağlı Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan xalqına təbrik ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,
Əziz həmvətənlər,

Azərbaycan Silahlı Qüvvələrinin işğal olunmuş ərazilərimizdə olduqca qısa zaman kəsiyində həyata keçirdiyi antiterror əməliyyatı Ermənistanın işğalçı hərbi birləşmələrinin təslim olmaları ilə nəticələnmişdir.

Sizləri bu uğurlu lokal antiterror əməliyyatı, eləcə də Azərbaycanın tarixi torpaqlarında erməni millətçiləri və onların himayəçiləri tərəfindən 200 ildən artıq bir müddətdə davam etdirilən qanunsuz məskunlaşdırma, etnik təmizləmə, işğalçılıq, terrorçuluq və separatçılıq siyasətinə son qoyulması, tarixi ədalətin bərqərar edilməsi münasibətilə təbrik edir, Ali Baş Komandana, müzəffər Silahlı Qüvvələrimizin hər bir əsgər və zabitinə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpası uğrunda göstərdikləri şücaətə, qəhrəmanlığa görə dərin minnətdarlığımızı bildiririk!

İnanırıq ki, tezliklə Qarabağda işğalçı reyimin fəaliyyətinə son qoyulacaq, Qarabağın erməni sakinləri Azərbaycan qanunları ilə yaşayacaq, hər bir yaşayış məntəqəsində Azərbaycanın dövlət bayrağı qaldırılacaq, qanuni dövlət hakimiyyət və yerli özünüidarə orqanları fəaliyyətə başlayacaqdır.

Azərbaycan xalqı regiona sülh, əməkdaşlıq və rifah gətirəcək bu tarixi qələbəni, torpaqlarımızın azadlığı uğrunda həyatlarını və sağlamlıqlarını itirən soydaşlarımızı heç vaxt unutmayacaq, şəhidlərimizin xatirəsini böyük ehtiramla qəlbində yaşadacaq, öz torpağına, istiqlalına sahib çıxaraq onu göz bəbəyi kimi qoruyacaq, milli hədəflərinə doğru uğurla addımlayacaqdır.

Allah Azərbaycanı qorusun!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər