15 Yanvar 2015 06:36
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto
Amerikalı psixoloqlar bu ölkənin şirkətlərində çalışan işçilər arasında sorğu keçirərək aydınlaşdırıblar ki, iş prosesində əməkhaqqı heç də həmişə əsas məqam deyil.
Tədqiqata əsasən, insanların 65 faizi müdirlə yaxşı münasibətlərə üstünlük verirlər. Belə ki, bu, onları pul kisəsindəki əskinaslardan daha çox sevindirərdi. Teleqraf.com-un "Trend"ə istinadən məlumatına görə, bu barədə Rusiya KİV-i "Fox Business" saytına istinadən xəbər verir.
Saytın yazdığına görə, rəyi soruşulanların yalnız 35 faizi əməkhaqqının daha yüksək səviyyəsinə səs verib. Bütövlükdə isə amerikalıların cəmi 36 faizi öz işindən razıdır.
Respondentlərin 31 faizi etiraf edir ki, onlar işlərindən ilham almırlar, rəhbərlik onları qiymətləndirmir. 15 faiz halda isə ümumiyyətlə söhbət insanın özünü bədbəxt, tənha hiss etməsindən və ya sıxıntı çəkməsindən gedir.
Psixoloqların qənaətinə görə, narazı işçilər bütövlükdə şirkətə ziyan vururlar. Onlar xəbərdarlıq edirlər ki, məhsuldarlığın azalmasından şirkətlər hər il 360 milyard dollar itirə bilərlər. /musavat.com/

Müəllif:

Oxşar xəbərlər