2 Oktyabr 2023 12:20
245
12 Punto 14 Punto 16 Punto 18 Punto

Regionalarda ipoteka ilə bağlı məsələlərə fərqli yanaşmalar olmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən sessiyasında deputat Siyavuş Novruzov deyib.

O qeyd edib ki, regionlarda yaşayan gənclər paytaxtla eyni səviyyədə ipoteka şərtləri ilə üzləşməməlidir:

"Biz çalışmalıyıq ki, həmin gənc öz rayonunda rahat ipoteka əldə edib orada özü üçün yaşayışını təmin edə bilsin. Axı rayonlarda əməkhaqqı Bakı ilə eyni deyil. Ona görə də, regionlarda gənclərin daha asan və cüzi şərtlərlə ipotekaya əl çatanlığına imkan yaradılmalıdır".

Deputat həmçinin Seçki Məcəlləsinə də dəyişikliklərin edilməsinin vacibliyini vurğulayıb.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər