2 Oktyabr 2023 16:16
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu acıyı anlatmağa kəlimələrim yetmir. Qənirə Paşayeva ilə 2007-ci ildə tanış olmuşdum. Telefonuma zəng gəldi, açdım, "Salam, mən millət vəkili Qənirə Paşayeva. İstanbuldayam. Sizi axşam Əzizə Mustafazadənin konsertinə dəvət edir və hədiyyəmi təqdim etmək istəyirəm". Əhvalımı soruşdu, "1001 gecə" tamaşasında oynadığım azərbaycanlı qadın rolumdan danışdı. Çox gözəl sözlər dedi və axşam görüşmək üçün qərarlaşdıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial media hesabında Türkiyədə fəaliyyət göstərən aktrisa Məlahət Abbasova mərhum millət vəkili Qənirə Paşayeva haqqında yazıb.

"Ona qədər Qənirə Paşayevanı tanımırdım. Heyranlıqla ona baxırdım. Mənə yaxınlaşanda 40 ilin dostu kimi sarıldı. Qənirə Paşayevanın bütün tədbirlərində iştirak edirdim. İstanbula gələn kimi "Bacı hardasan" deyə zəng edirdi. İstanbulda, Bakıda görüşürdük. Evinə gedərdik və sabaha qədər yorulmadan siyasətdən danışardı. Mənim Türkiyədən gələn qonaqlarımı evinə, yaxud da restorana dəvət edərdi. Son günlər çox danışırdıq. İndi bir boşluqdayam. Səndən mənə bir dünyalıq xatirə qaldı. Telefonda səsli qeydlərinə qulaq asıram. Nur içində yat, bacım", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər