5 Oktyabr 2023 18:57
350
12 Punto 14 Punto 16 Punto 18 Punto

“SpaceX”in təsisçisi, baş icraçı direktoru və texniki direktoru İlon Mask oktyabrın 5-də Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAF) plenar iclasına canlı bağlantı ilə qoşulub.

Teleqraf.com xəbər verir ki, "Gələcək üçün əvəzsiz imkanlar" mövzusunda keçirilən plenar iclas Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Clay Mourinin moderatorluğu ilə baş tutub.

Canlı bağlantı “SpaceX”in inqilabi “Starship” və “Super Heavy” daşıyıcısı haqqında bəhs edən İlon Mask və IAF prezidenti Kley Mouri arasında maraqlı müzakirə formatında keçirilir.

İlon Mask ona ünvanlanmış “SpaceX”in kosmik fəaliyyəti barədə sualları cavablandırır.

Maskın Konqrslə bağlı tviti böyük marağa səbəb olub və qısa müddətdə rekord vurub.

İclasda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, “Azərkosmos”un İdarə Heyətinin sədri Saməddin Əsədov və bir sıra dövlət rəsmiləri, konqres nümayəndələri iştirak edir.


Müəllif: Teleqraf.com