"III “Korkut Ata” Türk Dünyası Film Festivalı ilk dəfə Türkiyə xaricində baş tutur. TÜRKSOY-a dəstək olan prezident İlham Əliyevə təşəkkür edirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri TÜRKSOY-un baş katibi Sultan Rayev III “Korkut Ata” Türk Dünyası Film Festivalının bağlanış mərasimində çıxışı zamamı deyib:
"III “Korkut Ata" Türk Dünyası Film Festivalı birliyimizin, qardaşlığımızın, ortaq gələcək inşa etməyimizin bir nümunəsidir. Burada olanda bu müqəddəs torpağın gücünü hiss edirik. Biz burada Nizami Gəncəvinin, Üzeyir Hacıbəylinin, Molla Pənah Vaqifin, Qasım bəy Zakirin, Bülbülün ruhunu hiss edirik"