30 Oktyabr 2023 09:58
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasında müalicəsi davam etdirilən 1958-ci il təvəllüdlü Mehman Sarıyev Reanimasiya şöbəsindən Cərrahiyyə şöbəsinə köçürülüb.

Sumqayıt Tibb Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yaralının vəziyyəti stabildir.

Qeyd olunub ki, 1960-cı il təvəllüdlü Tərlan Fərəcova Reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti orta ağır qiymətləndirilir. 1990-cı il təvəllüdlü Etibar Sarıyev isə Travmatologiya şöbəsində müalicə alır. Vəziyyəti qənaətbəxşdir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər