14 Noyabr 2023 15:40
528
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin dövlət büdcəsi optimal bir sənədddir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aydın Mirzəzadə deyib.

O qeyd edib ki, dövlət büdcəsində ordu quruculuğuna edilən yükək diqqət vacib amillərdəndir:

"Bu gün Fransa və Hindistan kimi ölkələr Ermənistanı silahlandırır. Müharibənin bitməsinə baxmayaraq bu kimi təhdidləri nəzərə alaraq ordu quruculuğuna göstərilən diqqətin dövlət büdcəsində öz əksini tapması vacib idi”.

Deputatın sözlərinə görə, elə yataqxanalar var ki, orada bir neçə nəsil və bir neçə ailə uzun illər bir yerdə yaşamalı olub: “Təklif edilir ki, hökumət həmin yataqxanaların yerində yeni binalar tiksin və orada yaşayanlar bu binalardakı evlərlə təmin olunsun. Həmin yataqxanaların yerində sosial evlərin tikilməsi daha təqdirəlayiqdir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər