23 Noyabr 2023 17:12
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək olub.

Teleqraf.com xəbər verir ki,bu barədə Ekologiyavə Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir.

Stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm qazı və azot-4 oksid 1.2 dəfə normadan yüksək müəyyən edilib.

Dəm qazı və azot-4 oksidin miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və insan faktoru ilə əlaqədardır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər