25 Noyabr 2023 13:01
4 717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov Göygöl rayon Dövlət Aqrar İnkişaf Mərkəzinə yeni kadr təyin edib.

Teleqraf.com xəbər verir ki, təyinata əsasən vaxtı ilə Daşkəsən və Samux rayonlarında sözügedən qurumlarda müdir işləyən Azər Hacıyev bu vəzifəyə təyin olunub.A.Hacıyev artıq işə başlayıb.

Məlumat üçün bildirək ki, bir müddət öncə sözügedən Göygöl rayon DAİM-nin direktoru olmuş Elməddin Əhmədovla Göygöl rayon Baytarlıq İdarəsinin rəisi kimi çalışmış 62 yaşlı Oktay Həmidov arasında insident yaşanıb. Hətta tərəflər polis şöbəsinə çağrılıblar. Vəziyyət Kənd Təsərrüfatı naziri M. Məmmədova da gedib çatıb. Hər ikisi işdən azad olunsa da yerinə təyinat aparımayıb. Paralel olaraq qurumun peçatı da E. Əhmədovda olub. Artıq isə qalmaqallı idarəyə yeni müdir gəlib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər