20 Yanvar 2015 00:27
777
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində Vahid Mustafayevin “Qanlı Yanvar” filminin təqdimatı olub.

Teleqraf.com-un məlumatına görə, təqdimat mərasiminə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri qatılıblar.

Vahid Mustafayev bildirib ki, film 63 günə çəkilib və bir ay müddətində post-prodakşn işləri tamamlanıb. Rejissorun sözlərinə görə ekran əsərində türk, rus və Azərbaycan aktyorları rol alıb.

Mərasimdə amerikalı aktyor Leyn Devis və türkiyəli aktrisa Nəbahət Çehrə də iştirak edib. “Qanlı Yanvar” filminin əsas süjet xəttində real hadisələr lentə alınıb. Bədii filmdə Bakının 1990-cı il yanvarın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələri təsvir edilib.


Müəllif:

Oxşar xəbərlər