1 Dekabr 2023 15:01
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hamilələr və yanaşı xəstəliyi olanlar üçün qızılca əleyhinə peyvənd vurulması əks göstərişdir”.

Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Yoluxucu xəstəliklər və infeksion nəzarətin təşkili şöbəsinin baş məsləhətçisi Turan İbrahimova deyib.

O xatırladıb ki, qızılca çox yüksək yoluxuculuğa malik xəstəlikdir: “Bir otaqda qızılca xəstəliyi olan şəxs onunla təmasda olan xəstəliyə yoluxmayan və peyvənd etdirməyən şəxsləri anında yoluxdura bilər. Bu xəstəlik əsasən uşaqlıq dövrü xəstəliyidir. Lakin uşaqlıqda bu xəstəliyi keçirməyibsə, sonradan yoluxma ehtimalı var”.

TƏBİB rəsmisi bildirib ki, xəstə şəxslərdə səpkilər üz nahiyəsindən başlayır və digər yerlərə yayılır: “Qızılca xəstəliyinin antiviral müalicəsi yoxdur. Ağırlaşması olmayan şəxslər ev şəraitində müalicə ala bilərlər. Peyvənd vurdurmayan şəxslər risk qrupuna aiddir. Valideynlər ağırlaşma riski olduqda, qızdırma pikləri olduqda dərhal ailə həkimləri ilə əlaqə saxlanılmalı, yaxud tibb müəssisəsində stasionar şəkildə müalicə aparılmalıdır. Ağırlaşma halları həm uşaqlar, həm də böyüklər arasında müşahidə oluna bilər. Risk qrupuna adətən 5 yaşdan aşağı uşaqlar və 20 yaşdan yuxarı şəxslər aiddir”.


Müəllif: Teleqraf.com