Portuqaliyanın Albufeira şəhərində keçirilən kikboks üzrə dünya çempionatına yekun vurulub.
Teleqraf.com xəbər verir ki, 70 ölkədən 1400-ə yaxın idmançının mübarizə apardığı yarışlarda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı Ramiz Məmmədov da iştirak edib.
R.Məmmədov kikboksun “Full contact” versiyasında 57kq çəki dərəcəsində dünya çempionatının bürünc medalını qazanıb.