Həftənin ilk “Açıq mikrofon” aksiyası Cəlilabad rayonunun Qarakazımlı kəndində baş tutub.
Teleqraf.com xəbər verir ki, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri aksiyaya üz tutan vətəndaşların qaz təchizatı ilə bağlı üzləşdikləri çətinlikləri dinləyiblər.
Rayonun Babaxanlı, Qarakazımlı, Zərbəli, Sarxanlı, Moranlı, Dələli kənd sakinləri sözügedən kəndlərin təbii qazla təmin olunmasını xahiş ediblər. Görüş iştirakçılarına SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən bölgələrdə həyata keçirilən qazlaşma işlərinin plana uyğun olaraq mərhələli şəkildə yerinə yetirildiyi ilə bağlı məlumat verilib.
Daha sonra aksiyanın davamı kimi şəhid ailəsinin müraciətinə yerində baxış keçirilib.
Görüş zamanı Birliyin məsul şəxsləri şəhidin ailə üzvlərinin qayğıları ilə yaxından maraqlanıblar.