Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.
Fonddan Teleqraf.com-a verilən məlumata görə, bu günə qədər 35 min 846 tələbə təhsil krediti almaq üçün müraciət edib. Onlardan 26 min 530 nəfərə təhsil tələbə krediti verilib.
Kredit üçün müraciət edənlərin 20 min 185-i qadın, 15 min 661 nəfəri kişidir. Onlardan 15 min 522 qadın, 11 min 8 kişi təhsil kreditindən yararlanıb.