21 Yanvar 2015 08:11
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Facebook" sosial şəbəkəsi yalan informasiyaların yayılmasının qarşısını almaq üçün kampaniyaya başlayıb. Teleqraf.com-un məlumatına görə, bu barədə sosial şəbəkə özünün xəbərlər saytında məlumat yerləşdirib.

Sosial şəbəkənin məqsədi aldadıcı informasiyaların oxucular arasında geniş yayılmasının qarşısını almaqdır. Bundan sonra istifadəçilər belə məlumatlara rast gəldikdə onların uydurma olmasını qeyd edə biləcəklər. Buna baxmayaraq, "Facebook" bildirir ki, belə məlumatlar silinməyəcək, lakin onların əhatə dairəsi məhdudlaşdırılacaq.

Məlumatda qeyd olunur ki, belə bir təklif istifadəçilərdən daxil olub. Oxucular müxtəlif kampaniyalar haqqında məlumatlara inanır, lakin sonradan bunun yalan olduğunu anlayırlar. Onlar digər istifadəçiləri də belə informasiyalardan qorumaq üçün yeni funksiyadan istifadə edə biləcəklər. Bu funksiya foto və videolara da aid olacaq.


Müəllif: