22 Dekabr 2023 18:12
449
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən "Heydər Əliyev İli"nə həsr olunmuş "Heydər Əliyev siyasəti tarixi zəfərimizin təməlidir" mövzusunda tədbir keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Regional mərkəzlərlə işin təşkili idarəsinin rəis müavini Namiq Bağırzadə və Mərkəzin əməkdaşları iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən söz açıb, Ümummilli Liderin bütün siyasi fəaliyyətinin təməl nöqtəsinin Azərbaycanın müstəqilliyi və inkişafı olduğunu qürur hissi ilə dilə gətirib. Mərkəz rəisi Dahi Lider Heydər Əliyevin uzaqgörən siyasətinin ölkəmizin və xalqımızın həyatında tarixi rol oynadığını vurğulayaraq, mütərəqqi Heydər Əliyev siyasi kursunun Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam təmin edilməsini fəxarət hissi ilə qeyd edib.

Tədbirdə digər çıxış edənlər Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında oynadığı həlledici rolun və bu istiqamətdə atdığı qətiyyətli addımların çoxəsrlik dövlətçilik tariximizin silinməz səhifələri olduğunu qeyd ediblər.

Tədbirin sonunda Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər