4 Yanvar 22:09
371
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəlilabad rayonunda bu günə qədər 252 nəfər qızılca virusuna yoluxub.

Teleqraf.com "Report"a istinadla xəbər verir ki, onlardan 182 nəfəri 18 yaşdan kiçik, 70 nəfəri isə 18 yaşdan böyüklərdir.

Hazırda 55 aktiv xəstə müalicə olunur. Xəstələrdən 51 nəfəri ambulator şəraitdə, 4 nəfəri isə stasionar şəraitdə müalicə alır.

Ötən gün rayon üzrə 4 yoluxma hadisəsi qeydə alınıb.

Qeyd edək ki, bu gün Cəlilabad rayon sakini Sevil Cabbar qızı İbayeva qızılca xəstəliyindən dünyasını dəyişib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər