22 Yanvar 2015 14:17
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

UNİCEF-in Azərbaycan ofisi, Avropa İttifaqı, Azərbaycan hökuməti və Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili, Gənclər üçün Təhsil Mərkəzi, “Hüquq Dünyası” İB-nin birgə layihəsi olan “Azərbaycanda uşaqlar üçün ədliyyə mexanizmlərindən istifadənin dəstəklənməsi” layihəsinin təqdimat mərasimi keçirilib.

Gənclər üçün Təhsil Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, layihənin əsas məqsədi uşaq hüquqlarının qorunmasının müstəqil monitorinqinə dəstək vermək, adekvat hüquqi yardım və dəstəyə daha yaxşı çıxışı təmin etməkdir. Həmçinin qanunla ziddiyyətdə olan uşaqlara dair cəmiyyətdəki anlayış və yanaşmanın yaxşılaşdırılması üçün dövlət qurumları və vətəndaş cəmiyyəti təşkilatlarının bacarıq və imkanlarının artırılmasıdır.

2 il davam edəcək proqram çərçivəsində yerli gənclər təşkilatı olan Gənclər üçün Təhsil Mərkəzi Ağcabədi və Mingəçevir şəhərində yuvenal ədliyyə islahatlarının davam etdirilməsinə kömək edəcək, islahatların ədliyyəyə çıxış mexanizmlərini də əhatə etməsinə dəstək verəcəkdir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər