Əməkdar artisti Aygün Hümmətova (Bəylər) Suraxanı qəbiristanlığında dəfn edilib.
Teleqraf.com xəbər verir ki, Aygün Bəylər Səttar Bəhlulzadə adına Mədəniyyət evindən son mənzilə yola salınıb.
Ankarada vəfat edən 48 yaşlı əməkdar artist xərçəng xəstəliyindən əziyyət çəkirdi.
***
13:09
Azərbaycanın Əməkdar artisti Aygün Bəylərlə (Hümmətova) vida mərasimi başa çatıb.
Teleqraf.com xəbər verir ki, əməkdar artist Səttar Bəhlulzadə adına Mədəniyyət evindən "Tut ağacı" mahnısının sədası ilə son mənzilə yola salınıb.
Aygün Bəylər Suraxanı qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Aygün Bəylər xərçəng xəstəliyindən əziyyət çəkib.
***
11:02
Mərhum Əməkdar artist Aygün Hümmətovanın (Bəylər) Səttar Bəhlulzadə adına Mədəniyyət Mərkəzində vida mərasimi başlayıb.
Teleqraf.com xəbər verir ki, vida mərasimində Aygün Bəylərin qızı Canan, bacıları Zümrüd Hümmətova, Aynur Hümmətova, yaxınları, ailə dostları iştirak edirlər.
Mərhumla vida mərasiminə əməkdar incəsənət xadimi Cavanşir Quliyev, aparıcı Leyla Quliyeva da gələnlər sırasındadır.
Qeyd edək ki, əməkdar artist Suraxanı qəbrstanlığında dəfn olunacaq.