Güclü qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolunu bağlayıb.
Teleqraf.com xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.
Qarın qalınlığı 10 sm-dən artıqdır və yollar buz bağlayıb.
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.
Hazırda vəziyyətin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
***
Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.
DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.
DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.
Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət dayandırılmayıb. Yollara xüsusi avtomobillərlə qum və duz səpilir, tədbirlər davam etdirilir.