22 Yanvar 17:56
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov yanvarın 26-na nəzərdə tutulmuş vətəndaş qəbulu yanvarın 25-nə keçirilib.

Teleqraf.com-un komitəyə istinadən verdiyi məlumata görə, Ş. Bağırov yanvarın 25-də saat 10:00-da Şəmkir şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Şəmkir şəhəri, Heydər Əliyev prospekti 5) Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı Şəmkir və Gədəbəy rayon sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub) qəbula yazıla bilərlər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər