25 Yanvar 11:56
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin 7 saylı "ASAN xidmət” mərkəzində göstərilən xidmətlərindən ümumilikdə 4000-ə yaxın sahibkar istifadə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev 2023-cü ilin yekunlarına dair keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, göstərilən xidmətlər təhlükə potensiallı obyektlərin dövlət reyestrində qeydiyyatdan keçirilməsi qaydaları barədə məlumat verilməsi, çıxarış və icazələrin alınması üçün müraciətlərin qəbulundan ibarət olub. 2023-cü ildə ümumilikdə 3112 təhlükə potensiallı obyektdə dövlət nəzarəti həyata keçirilib.

Agentlik rəsmisi qeyd edib ki, təhlükə potensiallı obyektlərdə istismar olunan 9000-ə yaxın qurğu və avadanlıqlara texniki təhlükəsizlik sertifikatı verilib, 1338 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan təhlükə potensiallı qurğu və avadanlıqlar dövlət reyestrində ilkin və təkrar qeydiyyatdan keçirilib: "654 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1465 ədəd texnoloji nəqliyyat vasitəsi ilkin və təkrar qeydiyyata alınıb. Eyni zamanda 585 hüquqi və fiziki şəxs tərəfindən istismar olunan 1952 texnoloji və digər mexaniki nəqliyyat vasitələrinin texniki baxışı həyata keçirilib".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər