15 Fevral 15:59
1 453
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ailəsinin beş üzvünü öldürən 25 yaşlı Əhmədov Əhmədlə bağlı bir sıra iddialar ortaya çıxıb. Həmin iddialara görə, Əhməd 15 yaşında olarkən daha bir cinayətə təşəbbüs göstərib.

Əhmədin cəza almaması məqsədi ilə ailəsi onun üçün "dəlilik kağızı" alıb. Bir müddət sonra isə "dəlilik kağızı" "sağlamlıq arayışı" ilə əvəz edilib. Həmin əvəzlənmənin "Respublika Psixiatriya Xəstəxanası"nda aparıldığı iddia edilir.

Teleqraf.com-un məlumatına görə, məsələ ilə bağlı Respublika Psixiatriya Xəstəxanasının baş direktorunun müavini Elxan Əsədov RTV-yə açıqlamasında bildirib ki, 2001-ci ildə Milli Məclis tərəfindən qəbul olunmuş "Psixatriya yardımı" haqqında qanuna görə psixi xəstələr haqqında məlumat vermək qəti qadağandır.

"Bu məsələ ilə bağlı sizin haqqınızda ittihamlar səsləndirilir. Deyirlər, onun psixi vəziyyəti yerində olmadığı halda, siz ona sağlamlıq arayışı vermisiz. Bu haqda nə deyə bilərsiz" sualına Elxan Əsədov belə cavab verib:

"Kimi ittiham edirlər?.. Kim ittiham edirsə, versin məhkəməyə. Məhkəmədə müzakirə olunar, ədalətli qərar çıxar".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər