7 fevral prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi daxil olub.
Teleqraf.com xəbər verir ki, bunu paralamentin bu günki iclasında Milli Məclisin spikeri Sahibə Qafarova deyib.
O qeyd edib ki, Milli Məclis Prezident seçkilərindəki qələbəsi münasibəti ilə dövlət başçısı İlham Əliyevə təbrik məktubu göndərib:
“İlham Əliyev son 20 ildə Azərbaycan dövlətinin qarşısında duran mühüm məsələləri həll edib. Bundan sonra da dövlətimizin qarşısında duran mühüm məsələlərin həllini təmin edəcək".