26 Yanvar 2015 14:52
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Gənclik və Sosial İnkişaf İctimai Birliyi” Gəclər və İdman Nazirliyinin dəstəyi ilə Beyləqan, İmişli rayonlarında “ Gənc məzunların təhsildən sonrakı ictimai fəaliyyətinin stimullaşdırılması” mövzusunda tədbir keçirib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə çıxış edən Etibar Əsədov bildirib ki, ölkə Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğısı, bizi bu istiqamətdə daha da aktiv olmağa səfərbər edir.

Onun sözlərinə görə, son dövrlər ölkəmizin ictimai həyatında xeyli sayda yeni qanunvericilik normaları qəbul edilərək formalaşıb: “Bu qanunvericilik normaları gənclərin daha yaxşı və hərtərəfli təmin olunmuş həyat tərzinin yaxşılaşmasına yönəlmişdir. Gənclərin hərtərəfli inkişafı və stimullaşdırılmasına yönəlmiş yeni qanunlar qəbul edilib. Yaxın illərdə gənclərin, yeniyetmələrin inkişafı haqqında, gənclər siyasəti haqqında, təhsil haqqında, qanunlar qəbul edilib”.

Layihənin eksperti Dadaş Əhmədov bildirib ki, passiv vəziyyətdə olan məzunların elektron informasiya texnologiyalarından istifadə etməklə işçi mühitə transformasiyası işinin qurulması gənclər siyasətinə öz effektiv töhfəsini verər: “Cəmiyyət həyatında passiv vəziyyətdə olan, işsiz qalan məzunların yerli hakimiyyət strukturları, dövlət və özəl təşkilatlar, sahibkarlar, KİV-lə əməkdaşlıq və informasiya mübadiləsi işinin qurulması onların fəaliyyət aktivliyinin genişlənməsinə, imkanlarının reallaşdırılmasına, iş tapmasına, informasiya ötürücülüyünə, gənc məzunlar haqqında cəmiyyətdə geniş məlumatların formalaşmasına səbəb ola bilər”.

Tədbirdə çıxış edən digər natiqlər gənc məzunların təhsildən sonrakı həyatının elektron izlənilməsi və problemlərinin elektron idarə edilməsi praktikası artırılması, təhsildən sonra təyinatın və planlaşdırmanın az mövcud olduğu bir vaxtda məzunların təhsildən sonra professional fəaliyyətlərini müəyyənləşdirməyə, iş tapmağa, XXI əsrin yeni yaradıcı ixtisaslarına yiyələnməyə, özünü təkmilləşdirməyə dəstək olmağın zəruriliyini bildiriblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər