Mütəxəssislər Hacı Şahin Həsənlinin "Youtube" kanalının geri qaytarılması istiqamətində iş aparırlar, iki-üç günə səhifənin qaytarılacağını deyirlər. İrəliləyiş olan kimi ictimiayyətə məlumat verəcəyik.
Bu barədə Teleqraf.com-a Hacı Şahin Həsənlinin köməkçisi olmuş Qədir Sadatxanov bildirib.
"Haker hücumunun mənbəyi barədə heç bir məlumatımız yoxdur. Aidiyyəti qurumlara kanala olan hücumla bağlı məlumat vermişik", - o deyib.
Qeyd edək ki, Hacı Şahin Həsənlinin "Youtube" kanalı hakerlər tərəfindən ələ keçirilib və bütün videolar silinib.