29 Yanvar 2015 15:04
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Azərbaycanda tanınmış banklardan birinin tədris laboratoriyasının açılış mərasimi keçirilib.

ADİU-nun rektoru,Ədalət Muradov bildirib ki, SABAH qrupları üçün hazırlanmış tədris otağı ilə tanış olublar. Bank, laboratoriyanı 14 notebook, wi-fi avadanlıqları, mebel dəstləri, maliyyə, mühasibat, bank işinə aid kitablar və digər ofis avadanlıqları ilə təmin edib.

Daha sonra tədbir bankın təqaüd proqramının təqdimatı ilə davam edib.

Bankın idarə heyətinin sədr müavini çıxış edərək ADİU tələbələrinə bankın inkişaf tarixi və cari göstəriciləri barədə məlumat verib. Təqaüd proqramı, müraciət şərtləri və qaydaları haqda danışıb. Bildirib ki, tələbə təqaüdü proqramına universitetə 450-dən çox balla qəbul olunan və son sessiyanın nəticəsinə görə 70-dən yuxarı bal toplayan 3 və 4-cü kursların tələbələri sənədlərini təqdim edə bilər. Təqaüd alan beş tələbə eyni zamanda bankda təcrübə keçmək imkanı əldə edəcək.

Bundan başqa ADİU-nun magistrlarına mövcud karyera imkanları haqda ətraflı məlumat verilib.
Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.

NİGAR


Müəllif:

Oxşar xəbərlər