13 Aprel 10:14
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhhətində yaranan problemə görə Mərkəzi Gömrük Hospitalına yerləşdirilən Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayevin vəziyyəti yaxşılaşıb.

Teleqraf.com “Report”a istinadla xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, Ç.Abdullayevin həyatı üçün təhlükə sovuşub, durumu sabitləşib. Hazırda Xalq yazıçısının müalicəsi xəstəxana şəraitində davam etdirilir.

Qeyd edək ki, Ç.Abdullayev bir neçə gün əvvəl zəhərlənib. O, xəstəxana şəraitində müalicə alaraq evə buraxılmışdı. Xalq yazıçısı səhhətində yenidən problem yarandığından hospitala yerləşdirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər