30 Yanvar 2015 16:26
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Yevangeliya-Lüteran kilsəsinin nümayəndəsi ilə görüşüb.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Gürcüstanın Yevangeliya-Lüteran kilsəsinin yepiskopu Hans Yoakim Kiderlen, Almaniyanın Azərbaycandakı səfirinin birinci katibi dr. Frederik Hanke və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının sədri Vera Nesterova iştirak ediblər.

Görüş zamanı səfərindən böyük məmnunluğunu ifadə edən qonaq bildirib ki, Azərbaycanın ildən-ilə sürətli inkişafı onun Qafqazda lider dövlətə çevrilməsinin bariz göstəricisidir. O qeyd edib ki, tolerantlıq Azərbaycanın rəsmi dövlət siyasətidir və bu həm Azərbaycan xalqının, həm də dövlətinin çox böyük uğurlarından biridir.

Dövlət komitəsinin sədri M.Qurbanlı ölkəmizin tolerantlıq ənənələri və dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, ölkəmizdə bütün dini konfessiyalara bərabər şərait yaradılıb və din hər zaman dövlətin xüsusi diqqət yetirdiyi sahələrdən biridir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər