İnamımız vardı ki, Qaradağ rayonunun Puta qəsəbəsində tapılan, nakam şair Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqlarla bağlı təsdiq cavabı alacağıq. Belədə Müşfiqin yaxınları üçün ziyarət etməyə yer olardı. Düzdür, rəmzi qəbri var, biri də var öz qəbri olsun.
Bu sözləri Teleqraf.com-a açıqlamasında Mikayıl Müşfiqin əmisi nəvəsi Vahab İsmayılzadə DNT analizi nəticəsində qalıqların Mikayıl Müşfiqə aid olmadığı barədə rəsmi cavab haqda danışarkən deyib.
Qeyd edək ki, Vahab İsmayılzadə Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqlarla bağlı araşdırma çərçivəsində DNT analizi vermişdi.
Bu gün nakam Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasından 116 il ötür.