24 İyun 18:00
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyası tərəfindən 2024-cü ilin 22 yanvar tarixində "Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024 - 2026-cı illər üçün Yol Xəritəsi" imzalanıb.

Teleqraf.com xəbər verir ki, sənədin müvafiq bəndinə əsasən, iyunun 22-dən 26-dək Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin keçirilməsi nəzərdə tutulub. Mədəniyyət günləri münasibətilə qonşu ölkədən geniş nümayəndə heyəti, tanınmış incəsənət ustaları Azərbaycana gəlib.

Tədbir çərçivəsində iyunun 24-də saat 19:00-da Heydər Əliyev Sarayında Rusiya incəsənət ustalarının iştirakı ilə təntənəli qala konsert keçiriləcək.

İyunun 25-də saat 11:00-da Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.

Həmin gün axşam saat 20:00-da sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər