27 İyun 15:06
438
12 Punto 14 Punto 16 Punto 18 Punto

Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbirdə çıxışı zamanı deyib.

Nazir bildirib ki, onlardan 31 852-si ibtidai sinif, 9 892-si Azərbaycan dili və ədəbiyyat, 8 807-i riyaziyyat, 13 957-si isə xarici dil müəllimi olub.

E.Əmrullayev qeyd edib ki, sertifikasiya imtahanlarında 20 faiz (6 238) müəllim yüksək nəticə göstərib: "10 faiz müəllim isə qənaətbəxş nəticə göstərib. Ümumilikdə isə 27 min 379 müəllim uğur qazanıb".

O vurğulayıb ki, hər iki cəhddə keçid balını toplaya bilməyənlər cəmi 4 030 nəfərdir ki, bu da ibtidai sinif müəllimlərinin 13 faizini təşkil edir: "443 müəllim isə hələ prosesdə iştirak etməyib".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər