27 İyun 20:58
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti mərhələdə direktor və direktor müavinlərinin də sertifikatlaşdırma prosesində iştirakını vacib hesab edirik.

Teleqraf.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, yeni təyin olunan məktəb direktorlarının məhz yüksək nəticə göstərən müəllimlər arasından seçilməsi vacibdir:

"Çünki öz fənnini bilməyən şəxs məktəbə ditektorluq edəndə, düşünürəm ki, bu, heç kimi sevindirmir. O demək deyil ki, tək yüksək nəticə göstərənləri dərhal direktor təyin edəcəyik. Sadəcə direktorlar yüksək nəticə göstərmiş müəllimlər arasından seçiləcək".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər