27-28 iyun tarixlərində Bakıda keçirilən “Yaşıl dünya naminə Həmrəylik: Dayanıqlı Gələcək üçün Tullantıdan Dəyərə” adlı Beynəlxalq Forum çərçivəsində ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Türkiyə Respublikasının Sıfır Tullantı Fondunun prezidenti Samed Ağırbaş ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, görüş zamanı tullantıların səmərəli idarə olunması məsələsi müzakirə edilib və tərəflər arasında Anlaşma Memorandumu imzalanıb.