30 İyun 13:02
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsinin icrasına başlayıb.

Həssas qrupdan olan qadınların hüquqi problemlərinin həllində maddi imkanlarının olmaması və hüquqi sahədə biliklərin az olması onların qanuni mənafelərinin müdafiə olunmasına maneçilik törədir. Belə ki, həmin şəxslərin hüquqi problemlərinin həllinə nail olunması üçün müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, məhkəmə instansiyalarına iddia və qarşılıqlı iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması zəruridir.

Yuxarıda göstərilən problemləri nəzərə alaraq, “Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.06.2024-31.08.2024-cü il tarixlərində “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsini icra edəcəkdir. Belə ki, hüquqi xidmət olaraq müraciət edən şəxslər üçün iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin tərtib olunması, müvafiq dövlət orqanlarına ərizə və şikayətlərin hazırlanması, Layihənin icrasına Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Nurməmmədov Araz cəlb olunacaqdır.

Layihədən faydalanmaq istəyən şəxslər facebook (pulsuz hüquqi xidmət) və instagram (pulsuz huquqi xidmət) sosial şəbəkələri vasitəsilə və ya qaynar xətt formatında yaradılmış (055) 858-55-59 whatsApp / mobil nömrə vasitəsilə əlaqə yarada bilərlər.


Müəllif: Teleqraf.com